RU

“Formula 1”in sabiq pilotunun dəbilqəsi satıldı – 965 min dollara

“Formula 1”in keçmiş pilotu Ayrton Sennanın dəbilqəsi hərraca çıxarılıb.

Msport.az xəbər verir ki, braziliyalı sabiq sürücünün 1992-ci ildə Belçika Qran-prisində geyindiyi dəbilqə 965 min dollara satılıb.

Həmin yarışda Senna qəzaya düşərək huşunu itirən həmkarı Erik Komasın həyatını xilas etmişdi.

Qeyd edək ki, “Formula 1”in üçqat qalibi olan Ayrton Senna 1994-cü ildə San-Marino Qran-prisində qəzaya düşərək vəfat edib.

Избранный
0
3
msport.az

5Источники