RU

Zərdab sakinlərinə ŞAD XƏBƏR – FOTO/VİDEO

Zərdab rayonunun Məlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolunda yenidənqurma işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, 18 kilometr uzunluğa malik avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
 

5 yaşayış məntəqəsini birləşdirən sözügedən yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə 6 metrə qədər nəzərdə tutulub.


Hazırda tikinti işləri yolun uzunluğu 5?4 kilometr təşkil edən Məlikumudlu hissəsi üzrə icra olunur. Sözügedən hissədə torpaq işləri yekunlaşıb, hazırda suötürücü boruların inşası və bəzi yerlərdə yol əsasının tikintisi aparılır.








Bizim.Media

Избранный
0
2
bizim.media

10Источники