Beylaqan rayon İcra Hakimiyyətinin başçısının Kəbirli kənd üzrə icra nümayəndəsi Bakir Ağayev işdən çıxarılıb. AzPost-un əldə etdiyi məlumata görə bu barədə rayon icra hakimiyyətinin başçısı müvafiq əmr imzalayıb.
Bildirilir ki, icra nümayəndəsi işində verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Onun yerinə Ceyhun Abışov təyin olunub.