RU

Ölkəmiz Budapeştdə macar-türk sammitində təmsil olundu

28-29 aprel tarixlərində Macarıstanın Budapeşt şəhərində “Mədəniyyət, ali təhsil və innovasiya üzrə macar-türk sammiti” keçirilib.

Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərliyi ilə nümayəndə heyəti sammitdə iştirak edib.

Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hankonun moderatorluğu ilə gerçəkləşən açılış mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev çıxış edib. Baş katib sammitin əhəmiyyətini vurğulayıb, bu qəbildən tədbirlərin dost ölkələrin mədəni əməkdaşlığına mühüm töhfə verdiyini deyib.

Sonra təhsil və innovasiya sahələrində Türk dünyası və Macarıstan arasında daha sıx əməkdaşlığa həsr olunmuş iki plenar sessiya təşkil olunub. Sessiyalarda türk dövlətlərinin təhsil və innovasiya üzrə nazir müavinlərinin çıxışları dinlənilib.

Tədbirin ikinci günündə sammit “Ortaq mədəni əlaqələrimiz: ənənələrimizi dünyaya nümayiş etdirmək üçün region olaraq necə daha yaxşı əməkdaşlıq edə bilərik?” mövzusunda üçüncü plenar sessiya ilə davam edib.

TÜRKSOY-un baş katibi Sultan Raevin açılış nitqindən sonra nazir müavini S.Yusifova ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan həmkarları çıxış ediblər.

Избранный
0
4
publika.az

6Источники