RU

Ermənistanda hökumət BÖHRANI – Akopyanın addımları Paşinyana qarşı üsyan YARADIR

“Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan hesab edir ki, “Öyrənmək dəbdədir” hərəkatı minlərlə insanın dəstəyini alır və yalnız 50 qəzəbli və aqressiv həmvətənimiz var ki, onlar üçün bu, nadanlıq prioritetdir".

Bizim.Media xəbər verir ki, bu fikirlər “Hraparak” qəzetində yer alıb.

Mənbə yazır ki, Anna Akopyanın dünən bu mövzuda son rüsvayçı paylaşımı cəmiyyətdə fırtınalı reaksiyaya səbəb olub.

Mövzuya dövlət qulluqçuları münasibət bildiriblər. Onların sözlərinə görə, dövlət qurumlarının, müəssisələrin və bələdiyyələrin tabeliyində olan təşkilatların əməkdaşlarına əvvəlcədən qeydiyyatdan keçmək və bu maarifləndirmə kampaniyasında iştirak etmək əmri verilib, əks halda işdən çıxarılmaqla hədələnib.

İdarənin əməkdaşlarından biri qəzetə bildirib ki, dünən onların qurumu baş verənləri müzakirə edib və belə qənaətə gəlib ki, Anna Akopyanın çıxışı ilə dövlət aparatında Nikol Paşinyana qarşı üsyan yaranır.

Bizim.Media

Избранный
1
bizim.media

1Источники