RU

Bu gün Azərbaycan Xüsusi Təyinatlılarının yarandığı gündür

Bu gün Azərbaycan Xüsusi Təyinatlılarının yarandığı gündür.

Teleqraf xəbər verir ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri - Azərbaycan Silahlı Qüvvələri'nə məxsus xüsusi təyinatlı hərbi birləşmə Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelində qurulub.

Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilib.

26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik edib.

20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradıldı. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirilib, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak edib.

İkinci Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad edib. Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilib. Bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab olunur.

8 noyabrda Prezident İlham Əliyev XTQ rəhbəri Hikmət Mirzəyevi "Şuşanın azad edilməsi" münasibətilə təbrik edib.

XTQ şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 32 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər "Zəfər" ordeni ilə, 57 nəfər "Qarabağ" ordeni ilə təltif edilib.

Избранный
2
3
teleqraf.com

3Источники