Budapeşt, 30 aprel, AZƏRTAC
Macarıstan parlamenti bugünkü iclasda ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxmasına səs verib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto X sosial şəbəkəsində məlumat verib.
“Bu qərarla biz qərəzsizliyini və etibarını itirmiş və siyasiləşdirilmiş institutun bir hissəsi olmaqdan imtina edirik”, - deyə diplomat özünün mikro bloqunda yazıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt