RU

30 ilə qədər həbsi istənildi

Türkiyədə Serenay Sarıkaya, Hande Erçel və digər məşhurların meneceri olan Ayşe Barımla bağlı yeni iddianamə hazırlanıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, A. Barımın 22 il 6 aydan 30 ilə qədər həbsi istənilib. 

İstanbul Baş Prokurorluğu tərəfindən təsdiqlənən iddianamə İstanbul 26-cı Ağır Cəza Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Ayşe Barım “Gəzi Parkı” hadisələrini planlaşdıranlardan biri olduğu əsası ilə açılan istintaq çərçivəsində “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhd” ittihamı ilə həbs edilib.

Menecerin “Gəzi Parkı” hadisələrində şübhəli bilinən Mehmet Osman Kavala və Memet Ali Alabora ilə sıx əlaqə saxladığı aşkar edilib.

“ID Consultancy Limited Company”nin qurucusu və ortağı, bir çox məşhur aktyorun meneceri olan Barım sektorda monopoliyaya səbəb olduğu iddiaları ilə də gündəmə gəlmişdi.

Избранный
1
qafqazinfo.az

1Источники