Azərbaycan II Liqasının 23-cü turunun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, "Şəki Siti" evdə "Kür-Araz"ı məğlubiyyətə uğradıb. Şəki şəhər stadionunda oynanılan görüşdə meydan sahibləri 7:4 hesablı qələbəyə sevinib. Qarşılaşmada "Şəki Siti"nin futbolçusu Tural Məmmədzadə poker edib, Əli Tağızadə isə het-trikə imza atıb. Rəqib komandanın qollarına gəlincə, Elnur Məmmədov, İlkin Hüseynli, Ağasən Əsgərov, Museyib Vəlizadə fərqlənib.

Qeyd edək ki, "Şəki Siti" turnir cədvəlində 18 xalla 10-cu, "Kür-Araz" isə 32 xalla 8-ci yerdə qərarlaşıb.