RU

"Azərişıq” səbəbi bəlli olmayan iri məbləğli borclar yazır: "Kompüterə isə "Quran ayəsi" kimi toxunmaq olmaz" - “Azərsun” rəsmisi  tədbirdə elə iddia irəli sürdü ki...

“Azərişıq” ASC mütəmadi olaraq səbəbi izah edilməyən böyük məbləğli borclar hesablayır.

“Binanın 20 il ərzində bütün ödənişlərini etdikdən sonra onu törəmə mərkəzə çevirmək və nizamnamə kapitalını dəyişmək istədiyimiz zaman “Azərişıq”ın sistemindən 30 min, 5 min manatlıq borc olduğu barədə məlumat çıxır. Bu borcun nədən yarandığını heç cür öyrənə bilmirik. Kompüterə isə "Quran ayəsi" kimi toxunmaq olmaz – heç nə dəyişmək mümkün deyil. Bu problemlə vaxtaşırı üzləşirik. Məhkəməyə müraciət etmək istəmirik, əməkdaşlıq tərəfdarıyıq. Qanunvericiliyə görə 10 ildən sonra bu cür borclar ödənilməyə bilər, lakin biz nə bu hüquqdan istifadə edə bilirik, nə də borcun silinməsinə nail ola bilirik,” – deyə nümayəndə vurğulayıb.

“Borcun yaranması fərqli səbəblərlə əlaqəli ola bilər. Vaxtında ödəniş olunmaya bilər, sayğacda nasazlıq yaranmış ola bilər. Bunun həlli yolları mövcuddur,” – deyə sədr müavini qeyd edib.

Избранный
0
10
mia.az

8Источники