RU

Vəkillik İnstitutunun inkişafına yeni töhfə » AzadMedia.az



Gülşən Salmanova,
"MƏRKƏZ" Vəkil Bürosunun rəhbəri,
Vəkillərin İntizam Komissiyasının üzvü


Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən məbləğin bir saat üçün 6 manatdan 11 manatadək artırılması hüquq ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanmışdır. Bu qərar vəkillərin peşə fəaliyyətinə verilən dəyərin, onların əməyi və sosial rifahının dövlət səviyyəsində qiymətləndirilməsinin bariz nümunəsidir.

Bu mühüm qərar yalnız maddi təminatın yaxşılaşdırılması ilə yekunlaşmır, eyni zamanda hüquqi yardımın keyfiyyətinin artırılmasına, vətəndaşlara göstərilən hüquqi xidmətlərin daha peşəkar səviyyədə təşkil olunmasına da mühüm töhfə verəcək. Əhalinin ədalətə çıxış imkanlarının genişləndirilməsi və hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi baxımından bu addım çox vacibdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatların davamı olaraq qəbul edilən bu qərar, Vəkillik İnstitutunun möhkəmləndirilməsinə və onun cəmiyyətdəki rolunun daha da artmasına xidmət edir. Cənab Prezidentin hüquqşünaslara və vəkillərə göstərdiyi yüksək diqqət və qayğı, bu sahənin strateji əhəmiyyət daşıdığını bir daha sübut edir.

Eyni zamanda, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun bu istiqamətdə ardıcıl və prinsipial mövqeyi, vəkilliyin inkişafı naminə göstərdiyi səylər xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi ilə Kollegiya, vəkillərin hüquqi, sosial və peşəkar maraqlarının qorunması istiqamətində mühüm işlər həyata keçirir.

Azərbaycan vəkilliyinin davamlı inkişafına göstərilən bu diqqət və dəstəyə görə başda ölkə rəhbəri cənab İlham Əliyev olmaqla, Nazirlər Kabinetinə və Vəkillər Kollegiyasının rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Qəbul olunmuş bu mühüm qərar bizləri daha böyük əzmlə, yüksək məsuliyyətlə fəaliyyət göstərməyə ruhlandırır.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində atılmış bu əhəmiyyətli addım münasibətilə bütün həmkarlarımızı təbrik edir, hər birinə uğurlar və möhkəm iradə arzulayıram.
Избранный
0
11
azadmedia.az

9Источники