RU

Marko Rubio Hindistan və Pakistan rəhbərləri ilə əlaqə saxlayacaq

ABŞ dövlət katibi Marko Rubio Hindistan-Pakistan münaqişənin gərginləşməsinin qarşısını almaq üçün hər iki ölkənin Xarici işlər nazirləri ilə əlaqə saxlayacaq.

Teleqraf xəbər verir ki, ABŞ Dövlət Departamentinin təmsilçisi Temmi Brüs belə deyib.

O, həmçinin qeyd edib ki, Rubio “digər beynəlxalq liderləri və diplomatları bu məsələ ilə bağlı sözügedən ölkələrlə əlaqə saxlamağa çağırır”.

T.Bryus bildirib ki, Rubio artıq Hindistan və Pakistandakı həmkarları ilə müəyyən təmaslarda olub. O, regionda vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün dialoqun vacibliyini vurğulayıb.

Xatırladaq ki, hazırda Hindistanla Pakistan sərhədində döyüş əməliyyatları başlayıb.

Избранный
0
teleqraf.com

1Источники