BAKI, 30 aprel. TELEQRAF
Bu gün UEFA Çempionlar Liqasında 1/2 final mərhələsinə start verilib.
Teleqraf xəbər verir ki, ilk oyun günündə İngiltərənin “Arsenal” klubu Fransa PSJ-sini qəbul edib.
Londondakı “Emireyts” stadionunda təşkil olunan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 4-cü dəqiqədə Usman Dembele vurub.
Tərəflər arasında cavab oyunu mayın 7-də baş tutacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşü bu gün İspaniyada “Barselona” və “İnter” (İtaliya) arasında keçiriləcək.