RU

Binəqədinin bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
 
Moderator.azz xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
 
Bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması məqsədilə aprelin 30-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
 
Qaz təchizatı dayandırılan müddətdə H.Babaşov, İ.Cümşüdzadə, A.Həşimov küçələrinin və 6-cı mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
Избранный
0
38
moderator.az

10Источники