Bakı. Trend:
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərindəAzərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökumətiarasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya,mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair MüştərəkKomissiyanın 8-ci iclası keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildiirlib ki, Komissiyanın həmsədrləri Azərbaycanın Başnazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanınıninvestisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin iştirakı iləkeçirilən iclasın yekununda Azərbaycan Respublikasının QidaTəhlükəsizliyi Agentliyi və Səudiyyə Ərəbistanı Krallığının ƏtrafMühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında “Bitki mühafizəsivə karantin sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumuimzalanıb.
Anlaşma Memorandumu Birləşmiş Millətlər Təşkilatının Ərzaq vəKənd Təsərrüfatı Təşkilatının (FAO) “Bitki Mühafizəsi haqqında”Beynəlxalq Konvensiyasının (IPPC) fitosanitar qaydalarına uyğunolaraq, ticarət əlaqələrinin inkişafı və ticarət müqavilələrininhəyata keçirilməsi zamanı öz ərazilərinə karantin tətbiq olunanzərərli orqanizmlərin daxil olması və yayılmasının qarşısınınalınması, qida təhlükəsizliyinin təmin edilməsi, bitki mühafizəsivə karantini sahəsində birgə tədbirlərin həyata keçirilməsininəzərdə tutur.
Memorandumda birgə əməkdaşlıq çərçivəsində idxal, ixrac, təkrarixrac və tranzit zamanı karantin tətbiq edilən zərərliorqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçünzəruri fitosanitar tədbirlərin görülməsi, məlumat mübadiləsi, bitkimühafizəsi və karantini sahəsində elmi yenilikləri təşviq etmək vəmüvafiq təcrübəni öyrənmək məqsədilə mütəxəssislərin qarşılıqlıişçi səfərlərinin təşkil edilməsi, zərərli orqanizmlərin qeydəalınması, lokallaşdırılması və məhv edilməsi ilə bağlı elmi vətexniki yardım mübadiləsi, hər iki dövlətin milli qanunvericiliyinəuyğun olaraq, bitki mühafizəsi və karantini sahəsində birgə səygöstərilməsi kimi məsələlər əksini tapıb.