Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan vəsatətə baxılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsi bu gün keçirilən prosesdə vəsatəti təmin edib.
Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbiri 1 aya qədər uzadılıb.
Xatırladaq ki, Rüfət Səfərovun həbs müddəti sonuncu dəfə martın 18-də uzadılmışdı. Onun barəsində ötən ilin dekabrın 4-də 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən ilin dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib.
Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib.