RU

Putin miqrantlarla bağlı sərəncam verdi - Azərbaycanlıların durumu necədir?

Prezidenti Vladimir Putin Rusiyada miqrantlara hüquqi statuslarının nizama salınması üçün verilən müddəti 133 gün uzadan sərəncam imzalayıb.

Sərəncama əsasən, əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya ərazisində hüquqi statusunun tənzimlənməsi müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb.

Azərbaycanlı miqrantlarla bağlı vəziyyət, neçə həmvətənimizin hüquqi statuslarını nizama salmaq üçün müraciət etdiyi maraq doğurur.

Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Modern.az-a bildirib ki, sənədləri qaydasında olmayan azərbaycanlı miqrantların sayı digər ölkələrdən olan miqrantlardan dəfələrlə aşağıdır:

“Əlbəttə ki, diaspor təşkilatına həmvətənlərimizdən müəyyən müraciətlər daxil olur. Biz Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin tərkibində hüquq mərkəzi yaratmışıq. Bu hüquq mərkəzində çalışan hüquqşünaslar və vəkillər azərbaycanlılardır, həmvətənlərimizə yardım göstərirlər. Müraciətələrin sayı çox azdır. Bizim Özbəkistan və Qırğızıstan diasporları ilə əlaqələrimiz var. Onlarda müraciətlərin sayı bizimki ilə müqayisədə dəfələrlə çoxdur. Hətta qırğız diasporu "qaynar xətt" təşkil edib öz həmyerlilərinə kömək göstərir. Bu istiqamətdə azərbaycanlıların demək olar ki, problemləri yox həddindədir. Yenə də az-az müraciətlər var və biz həmyerlilərimizə kömək edirik. Əlbəttə, müddətin uzadılması ilə bağlı qərarın verilməsi müsbət haldır”. 

Bəxtiyar Həsənov sənədlərinin düz olmamasına görə qadınların onlara müraciət etdiklərini söyləyib:

“Qadınlar bizə müraciət etmişdilər. İş miqrantları arasında sənədləri düz olmayan azərbaycanlılar yox həddindədir. Amma kimsə öz anasını və ya həyat yoldaşını bura gətirib, lakin onu qeydiyyata salmayıb. Bu hallara da olduqca az rast gəlinir. Qanunvericiliyin bir balaca sərtləşdirilməsinə görə öz həmyerlilərimizə tövsiyələrimizi vermişik və veririk də. Lazımi yardımlar edilir, təlimatlar verilir”.

Избранный
0
1
modern.az

8Источники