RU

Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib

Bakı. Trend:

Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrəmüşavir vəzifəsi təsis edilib.

Trend xəbərverir ki, Prezident İlham Əliyev bununla bağlı AzərbaycanRespublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavirvəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “AzərbaycanRespublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsilməsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncamimzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında təhsilalmaimkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsindəəməkdaşlığın inkişaf etdirilməsini, Azərbaycan Respublikasıvətəndaşlarının xarici dövlətlərin təhsil müəssisələrində təhsilalmasına və təhsil hüquqlarının müdafiəsinə dəstək verilməsini,eləcə də bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etməkməqsədilə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyindətəhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdanirəli gələn məsələləri həll etməlidir.

Избранный
2
4
az.trend.az

2Источники