RU

İspaniya işıqların sönməsində kiberhücumu İNKAR EDİB

İlkin məlumatlara görə, İspaniyada elektrik enerjisinin kütləvi kəsilməsinə kiberhücum səbəb olmayıb.

Qaziler.az bildirir ki, “El Pais” nəşrinin məlumatına görə, bunu “Red Electrica” enerji şirkətinin əməliyyatlar üzrə direktoru Eduardo Prieto deyib.

"Biz belə nəticəyə gəldik ki, “Red Electrica”nın idarəetmə sisteminə müdaxilə olmayıb", - Eduardo Prieto deyib.

Bundan əvvəl İspaniyada elektrik enerjisinin təchizatının stabilləşdirildiyi bildirilmişdi. Elektrik enerjisinin kəsilməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyan bir milyard avroya yaxın dəyərləndirilib.

QAZİLER.AZ

Избранный
4
qaziler.az

1Источники