8 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "EKOLİZİNQ" MMC-nin 250 min dollarlıq istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Bu barədə Birja məlumat yayıb.
Qeyd edilib ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 06 May 2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "EKOLİZİNQ" MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2009019509
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı: 250 ədəd
İlkin ticarət qiyməti: 1000 ABŞ dolları
İstiqrazların buraxılış həcmi: 250 000 ABŞ dolları
İllik gəlirlilik faizi: 10%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən
Tədavül müddəti: 3 il
Ticarətə buraxılma tarixi: 06.05.2025
Anderrayter: "İnvest-AZ İnvestisiya Şirkəti” QSC