Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib.
"Report" xəbər verir ki, "Sabah" komandası həlledici raundda iştirak hüququ qazanıb.
Paytaxt təmsilçisi yarımfinal mərhələsinin ikinci oyununda səfərdə "Şəki"ni 96:72 hesabı ilə üstələyib. Bakı klubu ilk görüşdə 86:73 hesabı ilə qalib gəlmişdi.
İkinci yarımfinal qarşılaşmasında "Neftçi" və "Abşeron" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun saat 19:00-da başlayacaq. İlk qarşılaşma ağ-qaralar"ın 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.