İstanbulda maraqlı "qız istəmə" mərasimi sosial şəbəkələrdə gündəm olub.
Bizim.Media xəbər verir ki, Cənubi Koreyadan qız istəməyə gələn ailənin samimi davranışları və zarafatları mərasim iştirakçılarının gülüşünə səbəb olub.
Türk adət-ənənələrinə uyğun keçirilən mərasimdə damadın atası söz alaraq zarafatla belə deyib:
"Oğlan sizdə qalsın, qızı biz aparaq".
Bu gözlənilməz çıxış zalda böyük alqış və gülüşlə qarşılanıb. Qonaqlar Koreyalı ailənin həm səmimiyyətini, həm də yumor hissini təqdir ediblər. (Milli.Az)
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта