BAKI, 29 aprel. TELEQRAF
Azərbaycanda ICESCO-nun regional ofisi yaradılır.
Teleqraf xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib.
O bildirib ki, bu, ICESCO üçün bir qovşaq olacaq:
"Bu, həm Azərbaycanı, həm də Mərkəzi Asiyanı birləşdirən bir qovşaqdır. Biz Azərbaycanda hər istiqamət üzrə qurumlarla əməkdaşlıq etmişik".