RU

BMT-nin Təhlükəsizlik Şurası təcili toplaşır

AzVision.az xəbər verir ki, bu barədə özünün “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayan Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa TŞ-nın iclasının təşkilinə və dəstəyə görə fransalı həmkarına minnətdarlığını bildirib.

“Biz 49 gün əvvəl ABŞ-nin tam atəşkəs təklifi ilə razılaşdıq, lakin Rusiya bunu etmədi. Bu, kimin həqiqətən sülh istədiyini açıq şəkildə göstərir”, - Ukrayna XİN-in rəhbəri yazıb.

Andrey Siqiba iclas iştirakçılarını dinc əhaliyə qarşı rus terrorunun güclənməsini pisləməyə və Moskvaya təzyiqlərin artırılması məsələsində prinsipial mövqe tutmağa çağırıb.

Qeyd edək ki, aprelin 29-na keçən gecə Rusiyanın PUA-lar vasitəsi ilə yenidən Ukrayna bölgələrinə kütləvi zərbələr endirməsi nəticəsində Dnepropetrovsk vilayətində12 yaşlı qız həlak olub, 3 mülki şəxs isə yaralanıb. Kiyev vilayəti səması üzərində vurulan “Şahid” dronları üçmərtəbəli binada yanğına səbəb olub - bir qadın xəsarət alıb.

Bundan əvvəl, aprelin 25-də Pavloqrad şəhərinə zərbələr nəticəsində biri uşaq olmaqla üç nəfər həlak olmuş, on nəfər yaralanmışdı. Zərərçəkənlər yanıqlar, kəllə-beyin zədələri və sınıqlar alıblar.

Sahil İsgəndərov
AzVision.az
Избранный
2
azvision.az

1Источники