RU

İspaniya elektrik enerjisinin kəsilməsi səbəbindən 1 milyard avro itirə bilər

BAKI, 29 aprel. TELEQRAF

İspaniyada elektrik enerjisinin kəsilməsi ölkənin ÜDM-inə ciddi təsir göstərəcək.

Teleqraf xəbər verir ki, bu barədə “The Objective” qəzeti məlumat yayıb.

Qəzet məlumat verib ki, məsələ ilə əlaqədar bir çox müəssisələr fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıblar.

Analitiklərin qiymətləndirməsinə görə, krallığın gündəlik ÜDM-i 4 milyard avrodan çoxdur, bunun təxminən 14%-i sənaye sektorunun (təxminən 575 milyon avro), 12%-i isə xidmət sektorunun (təxminən 500 milyon avro) payına düşür. Ümumilikdə, İspaniya iqtisadiyyatının itkiləri 1 milyard avroya çata bilər.

Daha əvvəl İspaniyanın enerji şəbəkələri operatoru Red Electrica istehlakın 99,16%-nin bərpa olunduğunu bildirmişdi.

Xatırladaq ki, aprelin 28-də İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik nasazlığı baş verib və bu, milyonlarla insanın işıqsız qalmasına səbəb olub. Euronews telekanalının məlumatına görə, Andorrada və İspaniya ilə sərhəddə yerləşən Fransa bölgələrində də enerji problemləri qeydə alınıb.

Избранный
1
teleqraf.com

1Источники