"Qalatasaray"ın qapıçısı Fernando Muslera cari mövsümün sonunda karyerasıni bitirməyi planlaşdırırdı.

Offsideplus.az xəbər verir ki, uruqvaylı çərçivə qoruyucusu qərarından dönüb. O, "Qalatasaray" rəhbərliyi yeni müqavilə təklif etsə, daha bir il klubda qalmağı düşünür.

Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Muslera 2011-ci ildən İstanbul təmsilçisində çıxış edir. O, "sarı-qırmızılar"ın heyətində ümumilikdə 547 oyuna çıxıb.