RU

Sumqayıtda ərini bıçaqlayan qadın saxlanıldı

Sumqayıtda ərini bıçaqlayan qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Ərini bıçaqlamaqda şübhəli bilinən 1987-ci il təvəllüdlü Rəmziyyə İmanova şübhəli şəxs qismində tutulub.

 

Sumqayıt Tibb Mərkəzindən isə “Report”un yerli bürosuna bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi) aprelin 28-də saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub.

 

Döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib.

 

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanova bıçaqla xəsarət yetirib.

 

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 29 Aprel 2025, 14:12   
Избранный
0
5
pravda.az

10Источники