RU

Aşqabadda Beynəlxalq Ticarət və Xidmət sərgi-yarmarkası açılıb

Yazını böyüt
Yazını kiçilt

Bu gün Aşqabadda Beynəlxalq Ticarət və Xidmətlər sərgi-yarmarkasının açılış mərasimi olub.

Hafta.az-ın yazdığına görə, 35 ölkədən 250 nümayəndənin qatıldığı forum çərçivəsində həmçinin “Türkmənistanda beynəlxalq standartlara uyğun keyfiyyət təminatı” adlı beynəlxalq konfrans keçiriləcək.

Mərasim iştirakçıları Türkmənistan Prezidentinin sərgi-yarmarka iştirakçılarına müraciətini dinləyiblər.

“Əminəm ki, bu cür irimiqyaslı tədbirlər beynəlxalq ticarətin artırılmasında, xidmət sektorunun təkmilləşdirilməsində və elm və texnoloji nailiyyətlərin istehsalata tətbiqi sayəsində ekoloji cəhətdən təmiz, beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli malların dünya bazarlarına çıxarılmasında mühüm rol oynayacaq”, - deyə Türkmənistan rəhbəri qeyd edib.

Sərgi və yarmarka kiçik və orta sahibkarlığın dəstəklənməsi, onların beynəlxalq iqtisadiyyata inteqrasiyası, Türkmənistanın ixrac potensialının təşviqi, milli iqtisadiyyatın əsas sektorlarına investisiyaların cəlb edilməsi məqsədi daşıyır.

Sərgi sahələri elektron ticarət, logistika, kənd təsərrüfatı, istehlak malları, sənaye məhsulları və innovasiyalara həsr olunub.

Forumda B2B və B2G görüşləri keçiriləcək və bu, şübhəsiz ki, işgüzar əlaqələri gücləndirəcək; İştirakçılar davamlı biznes üçün müasir texnologiyalar, qabaqcıl təcrübələr və effektiv strategiyaları müzakirə edə biləcəklər.

Xatırladaq ki, Beynəlxalq Ticarət və Xidmətlər sərgi-yarmarkası mayın 1-dək davam edəcək.

Избранный
0
hafta.az

1Источники