RU

Gürcüstan Prezidenti erməni həmkarı ilə görüşüb

Hurriyyet.az xəbər verir ki, Gürcüstan və Ermənistan prezidentləri İrəvanda əməkdaşlığın dərinləşdirilməsi məsələsini müzakirə ediblər. 

İrəvanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixail Kavelaşvili Ermənistan Prezidenti Vahaqn Xaçatryan ilə görüşüb. Tərəflər iki ölkə arasındakı əlaqələr və strateji tərəfdaşlıq, o cümlədən, Bakı ilə İrəvan arasındakı sülh müqaviləsi məsələlərindən danışıblar.

Mixeil Kavelavşili 2024-cü ildə Gürcüstan ilə Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalandığını və bunun əməkdaşlıq üçün daha da geniş imkanlar açdığını qeyd edib. Kavelaşvili deyib: “Ermənistan Gürcüstanın mühüm ticarət tərəfdaşlarından biridir və turistlərin sayına görə Ermənistan liderlər üçlüyünə daxildir”. Bundan əlavə, o, Ermənistan prezidentini Tbilisiyə səfərə dəvət edib.

Vahaqn Xaçatryan Ermənistanın İrəvan ilə Bakı arasında sülh sazişi məsələsində Gürcüstanın dəstəyini yüksək qiymətləndirdiyini söyləyib. O, həmçinin bildirib ki, Kavelaşvili ilə görüşdə bir sıra beynəlxalq və qlobal məsələlər müzakirə olunub.

Xatırladaq ki, Gürcüstan prezidenti İrəvanda rəsmi səfərdədir. O, səfər zamanı Ermənistanın baş naziri Nikol Paşinyan və bütün ermənilərin katolikosu II Qareginlə görüşlər keçirəcək.

Hürr Tərcüman

 

Избранный
4
hurriyyet.az

1Источники