RU

İspaniyalı mütəxəssis "Roma"nın baş məşqçisi ola bilər

İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqas İtaliyanın "Roma" komandasının baş məşqçisi ola bilər.

"Report" xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb.

Paytaxt təmsilçisi hazırda "Komo"nun "sükanı arxasında" olan 37 yaşlı mütəxəssisi mövsümün sonunda komandadan ayrılacaq Klaudio Ranyerinin mümkün əvəzləyəcisi kimi görür.

"Canavar"ın siyahısında Stefano Pioli ("Əl-Nəsr"), Frençesko Farioli ("Ayaks") və Patrik Vieyra ("Cenoa") da var.

Qeyd edək ki, Sesk Fabreqas 2024-cü ilin yayından "Komo"da işləyir. Komanda onun rəhbərliyi altında 34 turdan sonra 42 xalla 11-ci pillədə qərarlaşıb.

Избранный
0
report.az

1Источники