RU

Azərbaycanın Qlobal Cənub QHT Platformasına sədrliyi mühüm prosesin başlanğıcını göstərir - QHT Koalisiyasının rəhbəri

Bakı. Trend:

Azərbaycanın Qlobal Cənub QHT Platformasına sədrliyi mühümprosesin başlanğıcını göstərir.

Trend xəbərverir ki, bunu BMT yanında Sosial İnkişaf üzrə QHT Koalisiyasınınrəhbəri Melvin Vaciri Bakıda keçirilən Qlobal Cənub Qeyri-HökumətTəşkilatının (QHT) Platformasının "Fəaliyyətdə həmrəylik: QlobalGüney QHT-lərinin yeni və ədalətli dünya üçün gücləndirilməsi”mövzusunda təsis konfransı çərçivəsində jurnalistlərə açıqlamasındadeyib.

"Biz Azərbaycanda mühüm prosesə yenicə başlayırıq və bu tempimüəyyən edən məhz Azərbaycandır. Bütün dünyada vətəndaş cəmiyyətiilə 28 illik fəaliyyətim ərzində ilk dəfədir ki, bir dövlətin buqədər fəal mövqe sərgilədiyini və vətəndaş cəmiyyətini beləgenişmiqyaslı, qlobal platformada əməkdaşlığa dəvət etdiyinigörürəm. Bu platformada QHT-lərlə dövlət qurumları çiyin-çiyinəçalışaraq bir-birinin səylərini tamamlayır və prosesə Qlobal Cənubölkələrindən olan həmkarları da cəlb edirlər", - o bildirib.

Onun sözlərinə görə, hazırda ənənəvi narrativlər dəyişir vədünya getdikcə daha da proqnozlaşdırılmaz olur. "Lakin dövlət,məsələn, Azərbaycan kimi, vətəndaş cəmiyyətinə doğru addımlaratdıqda, bu, həqiqətən də təqdirəlayiq və nümunəvi bir yanaşmadır",- o bildirib.

O, bu prosesin yeni başladığını və bunun son dərəcə vacibolduğunu vurğulayıb.

"Mən bu təşəbbüsün arxasında duranlara qarşılıqlı fəaliyyət üçünyeni mexanizmlər yaratdıqlarına görə minnətdarlığımı bildirməkistərdim. Bu platformanı birgə inkişaf etdirmək üçün Afrikadan olanhəmkarlarım və Afrika diasporunun nümayəndələri ilə qüvvələribirləşdirməyə hazıram", - Vaciri bildirib.

O, həmçinin dünyanın hər yerindən olan QHT-lərin özproblemlərini - dərisinin rəngindən, mənşəyindən və siyasibaxışlarından asılı olmayaraq hər bir insanı narahat edən qlobalproblemləri müzakirə edə biləcəyi və qlobal müzakirələrə töhfə verəbiləcəyi ümumi məkanın yaradılmasının zəruriliyini qeyd edib.

Məqalədə:
Избранный
1
1
az.trend.az

2Источники