RU

Ötən ay banklar kreditlərdən 300 mln. manatdan çox qazanc əldə ediblər

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən bankların kreditlər üzrə gəlirləri 897.8 milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.1% və ya 168.7 milyon manat artıb.

Ötən ay banklar verilmiş kreditlərdən isə 304.4 milyon manat gəlir əldə ediblər.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bankın ümumi faiz gəlirləri 1 milyon 134.9 milyon manata, qeyri faiz gəlirləri 420.8 milyon manata bərabər olub.

Xatırladaq ki, 1 aprel 2025-ci il tarixinə bankların ümumi kredit portfeli 27 milyard 877.1 milyon manat təşkil edib ki, bununda 14 milyard 935 milyon manatı biznes kreditləri, 8 milyard 603.6 milyon manatı istehlak kreditləri, 4 milyard 338.5 milyon manatı isə ipoteka kreditləri olub.

Избранный
2
apa.az

1Источники