RU

Öldürülən generalla bağlı yeni detallar: Ukrayna üzrə danışıqların iştirakçısı olub

Moskva yaxınlığında partlayışın qurbanı olan general-leytenant Yaroslav Moskalik Ukrayna üzrə danışıqların iştirakçısı olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi yüksək rütbəli zabitə həsr olunmuş nekroloqda məlumat verib.

Müdafiə Nazirliyinin məlumatına görə, Moskalik 2015-ci ildən 2021-ci ilə qədər “Normandiya formatı” adlanan format çərçivəsində Minsk təmas qrupunda Rusiya nümayəndə heyətinin üzvlərindən biri olub.

Nekroloqda həmçinin bildirilib ki, müharibə başlayandan general-leytenant Rusiya Silahlı Qüvvələri Baş Qərargahının döyüş nəzarəti qrupunun döyüş bölgəsindəki vəziyyəti qiymətləndirən növbəsinə rəhbərlik edib.

Aprelin 25-də Balaşixa şəhərinin Nesterov bulvarında yerləşən yaşayış binasının yaxınlığında “Volkswagen” markalı avtomobil partlayıb. O, əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Partlayışın qurbanı Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Moskalik olub. Partlayışı törədən şəxs saxlanılıb . Ona qarşı üç maddə, o cümlədən Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi (“Terror aktı”) ilə ittiham irəli sürülüb.

Избранный
4
publika.az

1Источники