Şəmkirdə 2 yaşlı uşaq zəhərlənərək dünyasını dəyişib.
Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, Şəmkir rayonu Mahmudlu kəndində 2 yaşlı oğlan uşağı valideynlərinin nəzarətindən yayınaraq ağcaqanadlar üçün nəzərdə tutulmuş zəhərli mayeni içib.
O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.