Bakı. Trend:
Bu ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycandarezident maliyyə institutlarının (həmçinin statistik vahidin ödənişkartları) emissiya etdiyi “American Express” kartları vasitəsiləəməliyyatların sayı 6,6 min ədəd, əməliyyatların həcmi isə 0,6milyon manat olub.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə “AmericanExpress” kartları ilə əməliyyatların sayı 888,1 min ədəd və ya135,6 dəfə, “American Express” kartları ilə əməliyyatların həcmiisə 20,5 milyon manat, yaxud da 35,2 dəfə azalıb.
Belə ki, əvvəlki ilin eyni dövründə Azərbaycanda rezidentmaliyyə institutlarının emissiya etdiyi “American Express” kartlarıvasitəsilə əməliyyatların sayı 894.7 min ədəd, əməliyyatların həcmiisə 21,1 milyon manat idi.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyiödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerlibanklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyatakeçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhsolunur.