RU

“Süni intellektin iş və enerjinin gələcəyinə təsiri” - konfrans

 

Bakı, 29 aprel, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) ev sahibliyi ilə “Süni intellektin iş və enerjinin gələcəyinə təsiri” mövzusunda konfrans keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, konfransın açılış mərasimində BANM-in rektoru Elmar Qasımov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov çıxış ediblər. Çıxışlarda bu cür təşəbbüslərin tələbələrin perspektivini genişləndirmək baxımından vacib olduğu vurğulanıb.

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov və ADA Universitetinin dosenti, süni intellekt üzrə ekspert Samir Rüstəmov spiker qismində iştirak ediblər.

Konfransda süni intellektin məşğulluğa təsiri, rəqəmsal bacarıqların rolu, enerji sahəsində avtomatlaşdırma və tələbələrin gələcək karyeraya hazırlığı müzakirə olunub.

Spikerlər süni intellektin iş imkanlarına təsiri, energetika sahəsində texnoloji yeniliklər və karyera planlamasında innovasiyanın rolu ilə bağlı sualları cavablandırıblar.

Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində və ATGTİ-nin tərəfdaşlığı ilə təşkil olunub.

 

Избранный
0
3
azertag.az

4Источники