RU

"Barselona" Flikin son klubu olacaq?

Almaniyalı mütəxəssis Hans-Diter Flik "Barselona"dan ayrıldıqdan sonra məşqçilik karyerasını başa vura bilər.

Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 60 yaşlı Flik uzun illər işləmək fikrində olmadığını dəfələrlə vurğulayıb. Qeyd olunur ki, o, “Barselona”dan ayrıldıqdan sonra karyerasını bitirəcəyini istisna etmir.

Flikin "Barselona"dakı işindən razı olduğu, müqaviləni daha bir və ya 2 il uzadacağı bildirilir. Tərəflər artıq razılığa gəliblər, yalnız son detalları həll etmək qalır. Bununla belə, yeni sözləşmə mövsümün sonundan sonra elan ediləcək.

Избранный
0
publika.az

1Источники