RU

Peaky Blinders ekranlara qayıdır

"Peaky Blinders" pərəstişkarları hazırda çəkilişi davam edən “The Immortal Man” adlı filmi səbirsizliklə gözləyərkən, serialın 1950-ci illərdə cərəyan edəcək yeni mövsümlə geri dönəcəyi bildirilib.

News24.az xəbər verir ki, serialın yaradıcısı Stiven Nayt bu ilin əvvəlində qonaq olduğu "BBC Breakfast" proqramında filmin çəkilişlərinin dekabr ayında tamamlandığını açıqlayıb. 

“Fikrimcə, biz Böyük Britaniyanın ən yaxşı aktyorlarını bir araya gətirdik”, – deyə o bildirib.

"Peaky Blinders" serialının yeni mövsümü ilə bağlı ideyaya da isti yanaşdığını qeyd edib. Lakin bu barədə rəsmi açıqlama hələ verilməyib.

Onu da qeyd edək ki, Killian Mörfi, "The Immortal Man" filmində ikonik personaj Tommy Shelby rolu ilə geri dönəcək. 

Günel Məlikzadə




Избранный
2
news24.az

1Источники