Yerli mətbuatın məlumatına görə, söhbət əsas etibarilə şəxslərin razılığından kənar paylaşılan cinsi məzmunlu şəkil və videolardan gedir. Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melanya Tramp da bu qanunu dəstəkləyir.
Qanun layihəsi Nümayəndələr Palatasında səsvermədə 409 lehinə, 2 əleyhinə səslə təsdiqlənib. Beləliklə, sözügedən məzmun qanun çərçivəsində federal cinayət sayılacaq. Eyni zamanda, zərərçəkənlərin tələbi ilə həmin məzmunlu foto və videoların internet portallarından, sosial şəbəkə platformalarından 48 saat ərzində silinməsi məcburi hala gətiriləcək.
Hazırda qanunun ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanaraq qüvvəyə minməsi gözlənilir.
Firudin Həmidli
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта