"Bayern"in vingeri Leroy Sane Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifi rədd edib.
Publika.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Sane ilə “Əl-İttihad” maraqlanır. Klub vingerə ümumilikdə 100 milyon avro dəyərində 4 illik müqavilə təklif edib.
Sane Münhen klubu ilə Çempionlar Liqasını qazanmaq istəyir. Buna görə də Almaniya nəhəngində qalmağı planlaşdırır.