Xətai rayonu İbrahim Əbilov küçəsindəki iki mərtəbəli binalardan sakinlər şikayət edir.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, binanın divarları çat verib, bünövrəsi deformasiyaya uğrayıb. Sakinlər deyir ki, ərazidə 10 belə bina var. Bu binalar qəzalı vəziyyətdədir. 50-ci illərin evləridir. Hər yerə şikayət eləmişik gəlib baxıb gedirlər.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, rayon ərazisində 110-a yaxın problemli yaşayış məntəqəsi var.
"Bu binalar pilot layihə çərçivəsində mərhələli şəkildə söküləcək. Həmin qəzalı binaya da investorlar cəlb ediləcək, danışıqlar aparılacaq".