RU

Azərbaycanda “Visa” ödəniş kartları ilə əməliyyatların həcmi azalıb

Bakı. Trend:

Bu ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycandarezident maliyyə institutlarının (həmçinin statistik vahidin ödənişkartları) emissiya etdiyi “Visa” kartları vasitəsilə əməliyyatlarınsayı 95,4 milyon ədəd, əməliyyatların həcmi isə 5,5 milyard manatolub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə “Visa”kartları ilə əməliyyatların sayı 8,3 milyon ədəd və ya 9,5% artıb,“Visa” kartları ilə əməliyyatların həcmi isə 85 milyon manat, yaxudda 1,5% azalıb.

Belə ki, əvvəlki ilin eyni dövründə Azərbaycanda rezidentmaliyyə institutlarının emissiya etdiyi “Visa” kartları vasitəsiləəməliyyatların sayı 87,1 milyon ədəd, əməliyyatların həcmi isə 5,6milyard manat idi.

Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyiödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerlibanklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyatakeçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhsolunur.

Избранный
0
4
az.trend.az

5Источники