RU

Qəzzada 65 min uşaq aclıqdan xəstəxanalara yerləşdirildi

BAKI, 29 aprel. TELEQRAF

Qəzza zolağında uzun müddətdir davam edən İsrail blokadası səbəbindən 65 mindən çox uşaq kəskin qidalanma çatışmazlığı (aclıq) ucbatından xəstəxanalara yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı Qəzza hökumətinə istinadən məlumat yayıb.

Ümumilikdə Qəzzada 1,1 milyon uşaq və yeniyetmə aclıqdan əziyyət çəkir. Onların əksəriyyəti gündəlik kifayət qədər yemək tapa bilmir.

BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) da vəziyyətin çox ağır olduğunu bildirib.

Agentliyin rəhbəri Filip Lazzarini deyib: “Qəzzada aclıq geniş yayılıb və getdikcə daha da pisləşir. Bu vəziyyət insan əli ilə yaradılıb. Qəzza artıq ümidsizlik yerinə çevrilib.”

Qeyd edək ki, martın 2-də İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya humanitar yardımların dayandırıldığını və bütün keçid məntəqələrinin bağlandığını elan edib. İsrail bu qərarı HƏMAS-ın ABŞ-nin atəşkəs planını qəbul etməməsi ilə əsaslandırır.

Избранный
1
teleqraf.com

1Источники