UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu təxirə salına bilər.
İdmanxeber.az-ın məlumatına görə, söhbət “Barselona” və “İnter” komandaları arasında keçiriləcək oyundan gedir. İspaniyada elektrik enerjisinin kəsintisi qarşılaşmanın təxirə getməsinə səbəb ola bilər.
Qeyd edək ki, qarşılaşma aprelin 30-da, Bakı vaxtı ilə saat 23:00-da başlamalıdır.