RU

Siyasi partiyaların işğaldan azad olunmuş ərazilərə növbəti birgə səfəri həyata keçirilir

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti Administrasiyasınıntəşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyanümayəndələrinin, politoloq və siyasi şərhçilərin, habelə internetteleviziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digərjurnalistlərin növbəti birgə səfəri bu dəfə 29 aprel tarixindəLaçın şəhərinə təşkil olunub.

Trendxəbər verir ki, siyasilər arasında sağlam əməkdaşlıq mühitininformalaşması, habelə konstruktiv münasibətlərin bərqərar olunmasınaxidmət edən bu cür layihələr bilavasitə Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin dövlət siyasətində demokratik prinsip vədəyərlərə, habelə siyasətdə şəffaf münasibətlərə üstünlükverməsinin təzahürüdür.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə siyasimünasibətlər müstəvisində təşviq olunan sağlam siyasi dialoq mühitiçərçivəsində təşkil olunan növbəti səfər sayca altıncıdır. Siyasipartiya rəhbərlərinin birgə səfərləri daha əvvəl Ağdam, Şuşa (2dəfə), Zəngilan, Əsgəran, Xocalı və Xankəndiyə təşkil olunub.

Partiya rəhbərləri və politoloqların ilk birgə səfəri 2021-ciilin 17 mart tarixində Ağdam şəhərinə, ikinci birgə səfəri həminilin 7 oktyabr tarixində Şuşa şəhərinə olub. Ölkə siyasilərinövbəti dəfə 2022-ci ilin 15 iyun tarixində Şuşa şəhərindəkeçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləriQafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalqkonfransda iştirak etmək üçün birgə səfərə çıxıblar. 2022-ci il 24iyun tarixində reallaşdırılmış birgə səfərin ünvanı Zəngilan olub.2025-ci il 6 mart tarixində isə 24 siyasi partiyanın nümayəndələriƏsgəran, Xocalı və Xankəndidə olublar.

Cari səfərdə Laçın şəhərində aparılan bərpa-quruculuq işləri,habelə artıq fəaliyyət göstərən müəssisələr ilə tanışlıq nəzərdətutulur.

Siyasi
Siyasi
Избранный
0
31
az.trend.az

10Источники