RU

İmamoğlu işi ilə bağlı yeni xəbər

BAKI, 29 aprel. TELEQRAF

Türkiyənin İstanbul şəhər bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində keçirilən əməliyyatlar zamanı saxlanılan 52 şübhəli məhkəməyə göndərilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da daxil olmaqla, şübhəlilər barəsində “cinayətkar dəstənin lideri olmaq”, “cinayətkar dəstəyə üzv olmaq”, “qəsb, rüşvətxorluq”, “pul tələb etmə”, “dələduzluq” və “tender saxtakarlığı” ittihamları ilə başladılan cinayət işinin istintaqı davam etdirilir.

İstintaq çərçivəsində çıxarılan həbs qətimkan tədbirinin ardından aprelin 26-da İstanbul, Ankara və Tekirdağda keçirilən əməliyyatlar zamanı saxlanılan 52 şübhəlinin polis bölməsində dindirilməsi tamamlanıb.

Tibbi yoxlamadan sonra şübhəlilər İstanbul Məhkəməsinə sövq edilib.

Избранный
1
teleqraf.com

1Источники