RU

“Yaşıl xəstəxana”ların sayını artırmalı və səhiyyə müəssisələrində enerji səmərəliliyinə sərmayə qoymalıyıq - Səhiyyə naziri (FOTO)

Bakı. Trend:

Çinin Sian şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) səhiyyənazirlərinin VIII iclası keçirilir.

Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq tədbirdə ŞƏT-də dialoq üzrə tərəfdaşstatusuna malik olan ölkəmizi səhiyyə naziri Teymur Musayevinbaşçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Açılış nitqi ilə çıxış edən Çinin Milli Səhiyyə Komissiyasınınnaziri Ley Hayçao tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki,builki iclasda rəqəmsal səhiyyə, ənənəvi təbabət, ilkin səhiyyəxidmətləri və təcili tibbi yardım kimi vacib səhiyyə sahələrindəfəaliyyətlərin birgə effektiv əlaqələndirilməsi müzakirəolunacaq.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında ŞƏT-ə üzvölkələrin səhiyyə nazirlərinin VIII iclasının yüksək səviyyədətəşkil olunduğunu vurğulayıb. Nazir 3 iyul 2024-cü iltarixindəAstanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasıarasında strateji tərəfdaşlığın qurulması haqqında BirgəBəyannamə”nin qəbul olunduğunu xatırladıb: “Azərbaycan Prezidentiİlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsindəvurğulayıb ki, Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çinmünasibətlərində yeni səhifə açır”.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində 23aprel 2025-ci il tarixində Pekində “Azərbaycan Respublikası ilə ÇinXalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıqəlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalandığınıdiqqətə çatdırıb: “Prezident İlham Əliyevin Çin XalqRespublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə dövlət səfəriikitərəfli əlaqələrimizi daha da möhkəmləndirəcək və inkişafınısürətləndirəcək”.

“Prezident İlham Əliyevin rəhbərliyi altında sosialyönümlüsiyasətin həyata keçirilməsi, rəqəmsal dövlət idarəçiliyinə keçidvə iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan Respublikasınınregionun aparıcı ölkəsi kimi mövqeyini gücləndirib. Dövlət başçısıöz çıxışında qeyd etdiyi kimi, COP29-un Bakıda keçirilməsinə dairyekdil qərar ötən ilin noyabrında beynəlxalq ictimaiyyətin ölkəmizəböyük hörmət və etimadının göstəricisidir. Ətraf mühitinçirklənməsinin insan sağlamlığına təsirinin azaldılması və sağlamhəyat tərzinin təşviqi Azərbaycan hökumətinin əsasprioritetləridir”, - deyə Teymur Musayev bildirib.

Nazirin sözlərinə görə, qlobal səhiyyə son illər pandemiya,iqlim dəyişikliyi kimi amillərin təsiri ilə həm irəliləyişlər, həmdə geriləmələr yaşayıb. Eyni zamanda, qlobal böhranlar müsbətdəyişikliklər üçün imkanlar yaradır və onlar tərəqqiyə aparanaddımlar kimi qiymətləndirilməlidir: “Böyük ehtimalla səhiyyəsektorunun inkişafı texnoloji tərəqqi, məlumatların təhlili vəfərdiləşdirilmiş tibbə keçidin formalaşması ilə müəyyən ediləcək.Dünya səhiyyə işçiləri çatışmazlığı ilə üzləşdiyi bir zamanda bizəyeni köməkçi – süni intellekt qoşulur. Onun ən mühüm töhfələrindənbiri xüsusilə ilkin səhiyyə sistemlərini gücləndirməklə, səhiyyəxidmətlərinə çıxışı genişləndirməkdir. Bu texnologiyaların taminteqrasiyası məqsədilə süni intelektin praktiki imkanlarındansəmərəli istifadə etmək üçün qanunvericilik bazasının hazırlanmasızəruridir”.

“Rəqəmsal alətlərin çox böyük faydaları olsa da, onlar insanamilini əvəz etməməli, tibb işçilərinə birbaşa xəstə baxışına dahaçox vaxt sərf etməyə imkan verən dəstəkləyici vasitələrolmalıdır.

Səhiyyə sistemlərinin digər əsas aspekti davamlılıqdır. Ətrafmühitə təsiri minimuma endirmək, enerji istehlakını azaltmaq vədavamlılığı təşviq etmək üçün biz “yaşıl xəstəxana”ların sayınıartırmalı və səhiyyə müəssisələrində enerji səmərəliliyinə sərmayəqoymalıyıq. Səhiyyə sektoruna yatırımlar ümumi gələcəyə qoyulaninvestisiyalardır”, - deyə Azərbaycanın səhiyyə naziri fikrinitamamlayıb.

Təşkilata üzv ölkələrin səhiyyə sahəsində fəaliyyət göstərəndövlət qurumlarının rəhbərləri öz şıxışlarında ŞƏT-ə üzv ölkələrarasında səhiyyə sahəsində əməkdaşlığın əsas istiqamətləri barədəməlumat veriblər. Həmçinin, regionun bütün ölkələrinin bu sahədəəməkdaşlığın daha da genişləndirilməsinə fəal dəstək verdiyivurğulanıb.

Sonda görüş iştirakçıları ŞƏT-ə üzv dövlətlərdə səhiyyəsisteminin inkişafı, bu sahədə beynəlxalq təşkilatların rolu, tibbvə əczaçılıq kadrlarının potensialının artırılması, o cümlədənilkin səhiyyə, rəqəmsal səhiyyə və xalq təbabəti sahəsində ölkələrarasında əməkdaşlıq perspektivləri kimi məsələlər ətrafında fikirmübadiləsi aparıblar.

“Yaşıl
“Yaşıl
Избранный
0
14
az.trend.az

10Источники