RU

Alimlər: Super-Yer tipli ekzoplanetlər kainatda əvvəl düşünüləndən daha çox yayılıb

Alimlər Super-Yerl tipli ekzoplanetlərin kainatda gözlənildiyindən daha çox rast gəlinməsini sübut ediblər...

Poliqon bu barədə Interesting Engineering elmi jurnalına istinadən xəbər verir.

Tədqiqatçılar yeni aşkarlanmış bir planetin ana ulduzu tərəfindən yaradılan işıq anomaliyələrini araşdırıb və nəticələri "Korea Microlensing Telescope Network" (KMTNet) layihəsinin mikrolinz müşahidələri ilə birləşdiriblər. Onlar qeyd ediblər ki, Super-Yerlər ulduzlarından bizim Günəş sistemindəki qaz nəhəngləri qədər uzaqda yerləşə bilərlər.

Tədqiqatın həmmüəllifi, Ohayo Dövlət Universitetinin astronomiya üzrə professoru Endryu Qould bildirib: "Alimlər əvvəldən bilirdilər ki, kiçik planetlər böyük planetlərdən daha çoxdur, lakin bu araşdırmada göstərdik ki, bu ümumi qanunauyğunluq daxilində artıqlıq və çatışmazlıqlar mövcuddur".

Alimlər qeyd edirlər ki, ulduza yaxın fırlanan planetləri aşkar etmək nisbətən asandır, lakin geniş orbitlərə malik olanları müəyyənləşdirmək çətindir. Buna baxmayaraq, tədqiqatçılar aşkar ediblər ki, hər üç ulduza bir belə Super-Yer uyğun gəlir.

Qeyd olunur ki, Super-Yerlər adətən qısa orbitli trayektoriyalarda müşahidə olunur, lakin daha geniş orbitlərdə olan bu planetlərin sayı hələ kifayət qədər öyrənilməyib. Alimlər bildiriblər ki, qravitasiya mikrolinzələməsi bu cür planetlərin müşahidəsi üçün həssas üsuldur.

Məlumata görə, araşdırma zamanı müşahidə edilən "OGLE-2016-BLG-0007" mikrolinzələmə hadisəsi, planetin kütləsinin ulduzun kütləsinə nisbətinin Yer və Günəş arasındakı nisbətdən təxminən iki dəfə artıq olduğunu göstərir və bu planetin Saturnun orbitindən daha uzaqda yerləşdiyi müəyyən olunub.

Alimlər həmin hadisəni daha geniş müşahidə veriləri ilə birləşdirərək, geniş orbitlərdə planetlərin kütlə paylanmasını müəyyənləşdiriblər. Onların hesablamalarına görə, hər bir ulduza orta hesabla 0,35 superyer tipli planet düşür. Bu nəticə, belə planetlərin formalaşma proseslərindəki fərqlilikləri əks etdirir.

Poliqon.info

Избранный
1
poliqon.info

1Источники