RU

Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb

Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb.

Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının XXXII turunun 4 matçı heç-heçə bitib.

“Turan Tovuz” – “Şamaxı”, “Səbail” – “Araz-Naxçıvan” və “Sabah” – “Qarabağ” görüşləri 1:1, “Sumqayıt” – “Neftçi” qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Yalnız “Kəpəz” – “Zirə” oyununda (0:1) qalib müəyyənləşib.

Bir turda 4 heç-heçə sonuncu dəfə 2013/2014 mövsümündə qeydə alınıb.

2014-cü il fevralın 23-də eyni gündə keçirilən 5 matçın dördündə qalib müəyyənləşməyib. Həmin gün “Qarabağ” – “Simurq” və “Qəbələ” – “Rəvan” oyunları qolsuz bitibsə, “İnter” – “Bakı” matçında 1:1, AZAL – “Xəzər Lənkəran” görüşündə 2:2 hesabı qeydə alınıb. “Sumqayıt” isə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.

Sumqayıtda hərəyə 2 qol, 1 xal - YENİLƏNİB

Liderlər xal itirmədilər

U-15 və U-16 Liqasında pley-offun püşkü atılıb

“Qızlar Futzal Kuboku”nun qalibi məlum olub

Aydın Bayramov: "Bizim üçün heç də asan olmayacaq" - Müsahibə

Избранный
0
8
apasport.az

9Источники