RU

Əbülfəz Babayevlə bağlı sensasion məhkəmə işi: "O, məni qaynımdan şikayətə təhrik elədi, aldandım"

 “Olympus” şirkətlər qrupunun təsisçisi Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyənlər – Əliyar Abbasov, Ümüd Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın cinayət işinin növbəti məhkəmə hazırlıq iclası keçirilib.

Mia.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əliyar Abbasovun həyat yoldaşı Sevinc Abbasova şahid qismində dindirilib.
 
Şahid Sevinc Abbasova təqsirləndirilən Əliyar Abbasovun həyat yoldaşı olduğunu vurğulayaraq, təqsirləndirilənlərdən Ümüd Abbasovun isə onun qaynı olduğunu deyib. Proses ilkin olaraq vəkillərin şahidə qaynı Ümüdlə aralarındakı insidentlə bağlı polisə məlumat verməsi ilə bağlı suallarla başlayıb.

Sevinc Abbasovanın ibtidai istintaqdakı ifadəsindən daha sonra məlum olub ki, o, bütün ifadələrini həyat yoldaşının əleyhinə verib. O, ifadəsi zamanı deyib ki, Əliyar Abbasovun Xəyalə adlı xanımla evlənməsini (hazırda Xəyalə Hüseynova da təqsirləndirilir) “TikTok” sosial şəbəkəsindən xəbər tutub. Həmin xanımın paylaşımlarından bilib ki, evləndiyi şəxs onun həyat yoldaşıdır. Sevinc Abbasovanın ibtidai istintaqdakı ifadələrinin elanı zamanı o da məlum olub ki, bundan əvvəllər də digər evliliyi olub. Həmin xanımın isə sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın qohumlarından olduğu bildirilir.
 
Şahid ibtidai istintaqa verdiyi ifadələrlə bağlı bir çox epizodlardan xəbərinin olmadığını bildirərək, hazır sənədlərə imza atdığını deyib.

Избранный
4
mia.az

1Источники